Subaşiç 12 dəqiqə oynadı
24.11.2008 - 10:35
Subaşiç 12 dəqiqə oynadı
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç Serbiya çempionatının ikinci dövrəsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Belqradın “Srvena Zvezda” klubunun 26 yaşlı hücumçusu 14-cü turun “Yavor”la qarşılaşmasında 12 dəqiqə meydanda olub. Ardıcıl üç qələbə qazanan paytaxt təmsilçisi “Yavor”la səfər qarşılaşmasında bir xalla kifayətlənib – 1:1. Son iki turda ehtiyatda qalan Subaşiç hesab 1:1 olarkən meydana daxil olub. Hücumçu Serbiya mətbuatından qiymətə layiq görülməyib. Bu heç-heçədən sonra “Srvena Zvezda” 24 xalla Serbiya çempionatının güclülər dəstəsində üçüncü pillədə qərarlaşıb.
0