Vladislav Qədirov futbolçulardan gileylənir
24.11.2008 - 11:29
Vladislav Qədirov futbolçulardan gileylənir
“Futbolçularımdan narazıyam. Topa 80% sahib olsaq da, rəqib qapısına yaxınlaşa bilmədik. Fərid Quliyevin 1-ci hissədə bir neçə şansı oldu, amma imkanlarından istifadə edə bilmədi. Ona görə onu dəyişmək qərarına gəldim. Belə davam edə bilməz. Çalışacağıq ki, qış fasiləsində heyəti gücləndirək. 4-5 futbolçunun heyətə daxil etməliyik. Əks halda, Premyer Liqada qalmaq çətin olacaq”. Bu sözləri “Muğan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib. Onun başçılıq etdiyi klub Premyer Liqanın XII turunda “Standard”a məğlub olub.

Mənbə: pfl.az
0