Hamı təkzib edir
24.11.2008 - 11:36
Hamı təkzib edir
“Mən nə Xaqani Məmmədovu, nə də digər hakimləri təhqir etmişəm”. Apasport.az saytının məlumatına görə, bunu Lənkəranın mərkəzi stadionunun diktoru Elşən İmaməliyev deyib.

Xatırladaq ki, dünən gecə “Xəzər-Lənkəran” – “Qarabağ” matçından sonra E.İmaməliyevin oyunun hakimlərini və AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu təhqir etməsi barədə məlumat yayılıb. X.Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumatı təsdiqləyiblər.

E.İmaməliyev isə deyib ki, o, matçdan sonra X.Məmmədova yaxınlaşaraq oyunun hakimliyindən narazılığını ifadə edib: “Mən onu təhqir etməmişəm, sadəcə, fikrimi bildirmişəm”.

mənbə: qol.az
0