Berti Foqts noyabrın 26-da qayıdacaq
24.11.2008 - 13:02
Berti Foqts noyabrın 26-da qayıdacaq
Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts noyabrın 26-da Bakıya dönəcək. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Assosiasiya rəsmisi bildirib ki, almaniyalı çalışdırıcı Premyer Liqanın növbəti turunun oyunlarını izləyəcək.

“Foqts vətənində olduğu üçün ölkə çempionatının son turunun matçlarını izləyə bilmədi. Buna baxmayaraq, o, birinci dövrənin axırıncı turunun oyunlarında olacaq” - deyə Məmmədov vurğulayıb.

Qeyd edək ki, Foqts noyabrın 19-da keçirilmiş Azərbaycan - Albaniya (1:1) yoldaşlıq görüşündən dərhal sonra Almaniyaya yollanıb. 62 yaşlı mütəxəssis AFFA rəhbərliyi ilə bağladığı müqavilənin şərtlərinə əsasən, hər ay ən azı iki həftə Azərbaycanda olmalıdır. O, bu həftəsonu Premyer Liqanın oyunlarını izləyəcək, 1-3 dekabr aralığında isə yığmanın təlim-məşq toplanışına rəhbərlik edəcək.
0