“Əfqan Həmzəyev çaşdı”
24.11.2008 - 13:25
“Əfqan Həmzəyev çaşdı”
“Əfqan Həmzəyevin MOİK-in qapısına təyin etdiyi penalti səhv idi. Həmin epizodda futbolçu qəsdən əllə oynamamışdı”. Bu fikirləri apasport.az saytına Azərbaycan Premyer Liqasında son turunda “Olimpik” – MOİK görüşünün hakim-inspektoru Orucəli Durmuşov deyib. Matçın baş hakimi Əfqan Həmzəyevə idarəçiliyinə görə 7 bal verən Durmuşov ona hətta ən aşağı qiymət verə bilərmiş: “Həmin vaxt hesab 1:1 olsaydı, Həmzəyevə 2 qiyməti yazacaqdım. Çünki hesab bərabər olan zamanı buraxılan kobud səhv birbaşa nəticəyə təsir göstərir. “Olimpik”in futbolçusu qapıya zərbə vuran zamanı top rəqibin əlinə dəysə də, buna görə penalti zərbəsi təyin etmək düzgün deyil. Çünki MOİK-in oyunçusu topa bilərəkdən əllə toxunmamışdı, sadəcə, top əlini dəymişdi. Əfqan da həmin epizoda çox yaxın olduğundan, bunu dəqiq müəyyənləşdirməli idi. Ancaq o, çaşdı və nəticədə kobud səhvə yol verdi”.
0