Natiq Əliyev komandasından narahatdır
24.11.2008 - 15:35
Natiq Əliyev komandasından narahatdır
“Komandamızın milli çempionatdakı çıxışı ürəkaçan deyil, vəziyyəti pis qiymətləndiririk. Bu durum məni çox narahat edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi, polkovnik Natiq Əliyev deyib.
Baş məşqçi Qəhrəman Əliyevlə yolları ayırmaq fikrində olmadıqlarını söyləyən MOİK-in rəisi mövcud vəziyyəti Premyer Liqanın birinci dövrəsi yekunlaşdıqsan sonra müzakirə edəcəklərini bildirib: “İndi bütün diqqətimizi boks üzrə hərbçilərin dünya çempionatına yönəltmişik. Bu mötəbər yarışın ardından futbol komandamızdakı vəziyyəti müzakirə edəcəyik. Hələlik klubda məşqçi dəyişikliyi gözlənilmir. Hansı futbolçuların göndərilib-göndərilməyəcəyi də hələlik müəyyənləşməyib”.
Natiq Əliyev “Neftçi”dən kənarlaşdırılan bəzi futbolçuların MOİK-ə transfer ediləcəkləri ilə bağlı yayılan xəbərin həqiqətəuyğun olmadığını vurğulayıb. Maddi baxımdan heç bir problemlə üzləşmədiklərini deyən ordu klubunun rəhbəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, MOİK Premyer Liqanın XII turundan sonra 4 xalla 13-cü pillədə qərarlaşıb.
Mənbə: qol.az