Milli komandamız Bolqarıstanı qabaqladı
24.11.2008 - 16:47
Milli komandamız Bolqarıstanı qabaqladı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropada 24-cü yerdədir. Apasport.az saytının məlumatına görə, Peşəkar Çimərlik Futbolu Təşkilatı tərəfindən axırıncı dünya çempionatı və son iki Avroliqa yarışının nəticələrinə əsasən, tərtib olunmuş siyahıda 115 xalımız var. Yığmamız qitədə Litva, İsrail, Bolqarıstan və Gürcüstanı qabaqlayır.

Avropanın ən güclü komandası Portuqaliyadır (675 xal). Liderdən 29 xal az toplayan Rusiya ikinci sıradadır. İlk “üçlüy”ü 622 xalla İtaliya yığması qapayır. Reytinq cədvəlinin nəticələri 2009-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatması zamanı nəzərə alınacaq.

Qeyd edək ki, çimərlik futbolçularımız bu ilin aprelindən etibarən beynəlxalq yarışlarda iştirak etməyə başlayıblar. Hazırda komandamıza braziliyalı Qustavo Enrike Zlokkovik Silva çalışdırır.
0