“Fənərbaxça” üçün yeni baş məşqçi
24.11.2008 - 17:32
“Fənərbaxça” üçün yeni baş məşqçi
Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçi postuna namizədlərin siyahısı günü-gündən genişlənir. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun rəhbərliyi hazırda Erik Gerets variantını nəzərdə tutur.

Rəhbərlik birinci dövrə başa çatan kimi komandanın ispan baş məşqçi Luis Araqonesi istefaya göndərməyi planlaşdırıb. Onun boşaldacağı posta ən real namizəd isə belçikalı mütəxəssis sayılır. Hazırda Fransanın “Marsel” klubunda çalışan Gerets də Türkiyəyə qayıtmağın əleyhinə deyil.

Qeyd edək ki, Gerets iki mövsüm “Qalatasaray”ı çalışdırıb və bir dəfə Türkiyə çempionu tituluna sahib çıxıb.
0