Təkkə Bundesliqaya gedir
24.11.2008 - 17:47
Təkkə Bundesliqaya gedir
Fatih Təkkə Rusiyanın “Zenit” klubunu tərk etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, türkiyəli hücumçu karyerasını Almaniya Bundesliqasında davam etdirmək istəyir.

Təkkənin xidmətində “Herta” klubu maraqlıdır. Berlinlilər bu transfer gerçəkləşdirmək üçün 3,5 milyon avrolarından keçməyə hazırdırlar. Amma “Zenit”in bu məbləğ qarşılığında hücumçunu buraxacağı inandırıcı görünmür. Belə ki, Sankt-Peterburq təmsilçisi Təkkəni 2006-cı ildə “Trabzonspor”dan 7,5 milyon avroya transfer edib. Onun illik məvacibi isə 1,7 milyon avroya bərabərdir.
0