Dünya çempionatı təhlükədə
24.11.2008 - 19:04
Dünya çempionatı təhlükədə
2010-cu ildə Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək dünya çempionatı təhlükə altına düşüb. Apasport.az saytının məlumatına görə, təşkilatçılar maliyyə böhranının yarışa zərbə vuracağından qorxur. FİFA-nın dünya çempionatı üzrə mətbuat katibi Horst Şmidt deyib ki, 2010-cu il iyunun 11-dən iyulun 11-dək davam edəcək birinciliyə təşrif buyuracaq turistlərin sayı 33 faiz azala bilər: “Proqnozlara əsasən, 450 min adamın Cənubi Afrikaya yollanacağı gözlənilirdi. Lakin hadisələrin axarı bu rəqəmin 300 minə qədər düşə biləcəyindən xəbər verir. Buna baxmayaraq, ümid edirəm ki, büdcələrinə qənaət edib çempionata gedənlər də olacaq”.

FİFA-nın baş katibi Cerom Valçke isə böhranın gec başlamasına sevinir: “Maliyyə böhranı 18 ay əvvəl olsaydı, təşkilatçılıqla bağlı daha böyük əziyyət çəkərdik. Lakin indi hazırlıqların çoxu arxada qalıb. Amma etiraf etməliyik ki, CAR-ın maliyyə sistemi ağır günlərini yaşayır”.
0