“Qarabağ” futbolçularını mükafatlandıracaq
24.11.2008 - 19:37
“Qarabağ” futbolçularını mükafatlandıracaq
“Qarabağ” klubunun rəhbərliyi “Xəzər-Lənkəran” üzərində 3:1 hesablı qələbə münasibətilə futbolçuları və məşqçi heyətini mükafatlandıracaq. Apasport.az saytının məlumatına görə, mükafatın məbləği açıqlanmır.
Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov hesabın gözlənilməz olduğunu gizlətməyib: “Təbii ki, meydana rəqibi məğlub etmək üçün çıxmışdıq. Ancaq səfərdən öncə 3:1 hesablı qələbə planlaşdırmırdım. Yaxşı ki, hər şey bizim üçün uğurlu nəticələndi”.
Qeyd edək ki, “Qarabağ”ın qələbəsinin ardından “Xəzər-Lənkəran”ın baş məşqçisi Rasim Kara istefaya göndərilib.
Mənbə: trend.az
0