“Fənərbaxça” ilk transferini reallaşdırdı
25.11.2008 - 11:09
“Fənərbaxça” ilk transferini reallaşdırdı
Türkiyə yığmasının və Fransanın “Soşo” klubunun üzvü Mövlud Ərdinc “Fənərbaxça”nın şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, tərəflər 21 yaşlı hücumçunun transferində razılığa gəliblər.

Mövlud ikinci dövrədən etibarən “Fənərbaxça”nın heyətində çıxış edəcək. 2005-ci ildən “Soşo”nun formasını geyinən hücumçu Fatih Terim tərəfindən Türkiyə yığmasına Avropa çempionatının final mərhələsi ərəfəsində cəlb olunub.
0