“Qalatasaray”ın baş məşqçisi postuna namizədlər
25.11.2008 - 11:35
“Qalatasaray”ın baş məşqçisi postuna namizədlər
Cari mövsümdə Türkiyə Superliqasında uğursuz çıxış edən “Qalatasaray”ın baş məşqçisi Mihael Skibbenin istefaya göndərilmək ehtimalı günü-gündən çoxalır. Apasport.az saytının məlumatına görə, alman mütəxəssisin boşaldacağı posta namizədlərin siyahısı da bəllidir.

Maraqlı məqam, mümkün namizədlər arasında yerli mütəxəssisin olmamasıdır. Belə ki, klub rəhbərliyinin hədəfində olan ilk isim Otto Rehageldir. 70 yaşlı mütəxəssis hazırda Yunanıstanı çalışdırır və bu yığma ilə 2010-cu ilədək müqaviləsi var. Belçikalı Erik Gerets, rumıniyalılar Mirça Luçesku və Georgi Hacı da rəhbərliyin maraq dairəsindədirlər. Bu mütəxəssislər müxtəlif vaxtlarda İstanbul klubunu çalışdırıb.
0