Futbolçunun başını yardılar
25.11.2008 - 11:49
Futbolçunun başını yardılar
Almaniya Bundesliqasının XIV turunda xoşagəlməz hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Hamburq”la səfər matçının gedişində “Verder” klubunun kapitanı Frank Baumanı yerli azarkeşlər zədələyiblər.

Belə ki, başına mobil telefonun batareyası dəyən Bauman bir müddət oyunu davam etdirə bilməyib. Məsələyə münasibət bildirən futbolçu zərbədən başının qanadığını və bərk ağrıdığını deyib.

Almaniya Futbol İttifaqı məsələ ilə bağlı araşdırmalara başlayıb.
0