Maradonaya qarşı sui-qəsd
25.11.2008 - 11:51
Maradonaya qarşı sui-qəsd
Əfsanəvi futbolçu, Argentina milli komandasının baş məşqçisi Dieqo Armando Maradonaya qarşı sui-qəsd hazırlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 19-da Qlazqoda Şotlandiya və Argentina yığmaları arasında baş tutan yoldaşlıq görüşü zamanı Maradonanın öldürülməsi nəzərdə tutulubmuş. Lakin Şotlandiya polisi sayıqlıq sayəsində xoşagəlməz hadisənin qarşısını alıb.

Məsələ burasındadır ki, Maradonanı 43 yaşlı Yan Uellvort öldürmək istəyib. Uellvortu Dieqonun 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatının 1/4 finalında İngiltərənin qapısına əllə qol vurması qəzəbləndirib. Yan həmin çempionatda İngiltərənin qızıl medalları qazanacağına 600 avro (indiki pulla) mərc edib. İngilislərin Argentina səddini keçib, çempion olacaqları təqdirdə, o, 3000 avro qazanacaqmış. Maradonanın əllə vurduğu qol Uellvortun arzularını puç edib.

Mərcdə uduzan Yanın həyatı alt-üst olub. Ömür-gün yoldaşı şotlandiyalını atdığından o, psixi xəstəliyə düçar olub. Polis Uellvortu Şotlandiya - Argentina matçının oynanıldığı stadionunun yaxınlığında yaxalayıb. Onun üstündən bıçaq tapılıb. 22 il əvvəl mərcdə uduzan Yanı indi 5 il həbs cəzası gözləyir.
0