“Neftçi” macarıstanlı hücumçunu baxışa çağırıb
25.11.2008 - 12:09
“Neftçi” macarıstanlı hücumçunu baxışa çağırıb
“Neftçi” klubu daha bir hücumçunu baxışa çağırıb. Apasport.az saytının məlumatına görə, dördqat ölkə çempionu macarıstanlı forvard Peter Andorkanı sınaqdan keçirəcək. 24 yaşlı hücumçu 78 kiloqram çəkiyə, 1,90 metr boya malikdir. İndiyədək vətənində çıxış edən Peter “Peç”, “Zalaeqerseq”, “Debretsen” klublarında çıxış edib. 2004-05-ci illərdə Macarıstan yığmasına cəlb olunan futbolçu indiki klubu “Haladas”da 69 oyunda 51 qol, cari mövsümdə 13 oyuna 1 qol vurub.
Qeyd edək ki, “Neftçi” Andorkanı transfer edərsə, o, ölkəmizdə çıxış edən ilk macarıstanlı futbolçu olacaq.
0