Milli komandanın futbolçularına qadağa qoyuldu
25.11.2008 - 12:33
Milli komandanın futbolçularına qadağa qoyuldu
Azərbaycan millisinin 2010-cu il dünya çempionatında rəqiblərindən olan Almaniya yığmasının üzvləri dəbdəbəli həyatdan məhrum edilir. Apasport.az saytının məlumatına görə, güzəştlərin ləğv edildiyini bəyan edən Almaniya Futbol İttifaqının prezidenti Teo Tsvantsiger indiyədək baş verənlərə qarşı müharibə elan edib. Milli üzvlərini ciddi nəzarət altında saxlayacaq prezident nələrə məhdudiyyət qoyulacağını açıqlayıb.
Əvvəla, futbolçular çemodanlar və idman geyimləri istehsal edən firmalardan hədiyyə almayacaq, onlar təyyarənin trapından nəzarət keçməmək məqsədilə xüsusi avtomobillərdə aparılmayacaq. Yəni, Almaniya futbolunun ulduzları da hava limanında qeydiyyat keçən zamanı hamı kimi növbədə dayanacaq. Bundestimin oyunçularına qoyulan məhdudiyyət yığmamızla görüşə də aiddir. Belə ki, Almaniya yığması gələn ilin sentyabrın 9-da milli komandamızla Hannoverdəki görüş öncəsi dəbdəbəli oteldə qalmasına qadağa qoyulub. Onlar yerli idman məktəbinin otaqlarında qalmaqla kifayətlənməli olacaq. Bundan əlavə, alman futbolçulara İsveçrə firmasının saatlarına alarkən edilən güzəştlər ləğv edilib. Yığmanın kostyumlarına sifariş alan dərzilərdən futbolçulardan pulun hamısı almaq tapşırılıb.
Qeyd edək ki, bütün bu qadağalara səbəb isə Almaniya yığmasının oyunçularının ötən ay Dortmundda Rusiya milli komandası ilə görüş zamanı polislərdən aldıqları güzəşt olub. Belə ki, Yoahim Lövün yetirmələrinə öz maşınları ilə ehtiyatda zolaqda hərəkət etməyə, avtomobillərini dayanacaqda pulsuz saxlamağa icazə verilib. Bunu görən ali futbol qurumunun başçısı qəzəblənib və sərt tədbirlərə əl atmağı qərara alıb.
0