FİFA Peru Futbol Federasiyasını cəzalandırdı
25.11.2008 - 12:34
FİFA Peru Futbol Federasiyasını cəzalandırdı
FİFA Peru Futbol Federasiyasını diskvalifikasiya edib. Apasport.az saytının məlumatına görə, bu ölkənin bütün yaş qrupları üzrə milli komandaları ali futbol qurumunun bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Diskvalifikasiyaya Perunun İdman Nazirliyinin Futbol Federasiyasının yeni prezidenti Manuel Burqunu tanımaması səbəb olub. FİFA bu məsələnin yoluna qoyulması üçün tərəflərə 10 gün möhlət versə də, razılıq əldə olunmayıb.
0