Georgi Nikolov Ramin Musayevdən üzr istədi
25.11.2008 - 13:37
Georgi Nikolov Ramin Musayevdən üzr istədi
Bakının “İnter” klubu rəsmi internet saytı vasitəsilə bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, bəyanatda klubun prezidenti Georgi Nikolovun ölkə mətbuatına dediyi açıqlamalara aydınlıq gətirilib. Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlərin idarəçiliyindən narazı olan bolqarıstanlı futbol funksioneri “Qarabağ”la görüşdəki idarəçiliyi də sərt tənqid etmişdi. Nikolov hətta ötən mövsüm olduğu kimi, yenə əcnəbi hakimlərin dəvət olunmasının tərəfdarı olduğunu da bildirmişdi.
Bu gün klubun yaydığı bəyanatda Nikolov həmin sözlərə görə Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdən üzr istəyib. Bununla yanaşı, cənab Nikolov hakimlərin bundan sonra da yalnız peşəkar və ədalətli idarəçilik nümayiş etdirəcəklərinə ümid edir.

Qeyd edək ki, Premyer Liqanın XI turunun noyabrın 15-də keçirilən “İnter” – “Qarabağ” matçı 1:1 hesabı ilə nəticələnmişdi.
0