Nazir oğlu meydana girib hakimi söydü - FOTO
25.11.2008 - 15:44
Nazir oğlu meydana girib hakimi söydü  - FOTO
Türkiyənin dövlət naziri Murad Başesgioğlunun övladı Hakan qalmaqalla gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, Türkiyə çempionatının üçüncü liqasında çıxış edən “Kastamonuspor” klubunun rəsmisi olan Hakan “Gümüşhanespor” ilə görüşün baş hakimi Həsən Küpelini təhqir edib.

Hakimin qərarlarından qəzəblənən nazir oğlu meydançaya girərək onun ünvanına təhqiramiz ifadələr işlədib. Hakanın bu davranışına komandasının hesabda 0:2 geridə olması da təsirini göstərib. Küpeli tərəfindən ehtiyat oyunçular skamyasından qovulan Başesgioğlunu ciddi cəza gözləyir.

Qeyd edək ki, Hakan cəza alan ilk nazir övladı kimi tarixə düşəcək.
0