Azərbaycan futbolu uşaqların gözü ilə
25.11.2008 - 15:47
Azərbaycan futbolu uşaqların gözü ilə
Azərbaycanda futbolun inkişafı, kütləviliyi və bu idman növünə marağın artması məqsədilə bir sıra addımlar atan AFFA növbəti layihəsini gerçəkləşdirəcək. Qurumun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu idman növünə uşaqların diqqətinin cəlb olunması yönündə AFFA və Rəssamlar İttifaqının birgə layihəsi hazırlanıb. Belə ki, assosiasiya “Azərbaycan futbolu uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi elan edir. Müsabiqədə 14 yaşadək uşaqlar iştirak edə bilər. İştirakçılar qeyd olunan mövzuda çəkdikləri rəsmləri bu il dekabrın 12-dək quruma təqdim etməlidirlər. Qaliblər AFFA və Rəssamlar İttifaqının birgə təsis etdiyi münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək mükafatlandırılacaq. Eyni zamanda müsabiqəyə təqdim olunmuş şəkillərdən ibarət sərgi keçiriləcək.
0