Sağlam Skibbeyə kömək edir
25.11.2008 - 17:39
Sağlam Skibbeyə kömək edir
Türkiyənin “Beşiktaş” klubunun sabiq baş məşqçisi Ərtoğrul Sağlam Mixael Skibbeyə kömək edir. Apasport.az saytının məlumatına görə, UEFA kubokunun birinci mərhələsində Ukraynanın “Metallist” komandasına uduzduqdan sonra postunu tərk edən Sağlam alman həmkarının eyni aqibəti yaşamasının əleyhinədir. Bu səbəbdən 39 yaşlı mütəxəssis “Qalatasaray”ın alman baş məşqçisinə məsləhətləri ilə kömək etmək qərarına gəlib. O, turnirin qrup mərhələsində ukraynalılarla üz-üzə gələcək “sarı-qırmızılar”ın uğuruna kömək etmək üçün Skibbenin evinə qonaq gedib. Təxminən iki saat həmkarı ilə söhbət edən Sağlam “Metallist” haqda bildiyi hər şeyi almaniyalı ilə bölüşüb və məsləhətlərini verib. Sabiq “Beşiktaş”lı braziliyalı Ceksondan ehtiyatlanmağı da tapşırıb. Həmkarlar bu görüşdən dost kimi ayrılıb. Skibbe isə türk həmkarından razı qalıb.
0