“Olimpik” klubunun futbolçusu meydanda öldü
26.11.2008 - 10:29
Daha bir futbolçu yaşıl meydanda dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Olimpik” klubunun oyunçusu Françisko Havyer Erraxuela Aroyo oyun zamanı yerə yıxılıb. 22 yaşlı ispaniyalı futbolçu həkimlərin səylərinə baxmayaraq, hələ hospitala çatmamış vəfat edib.
Qeyd edək ki, İspaniyada ötən il də analoji hadisə baş vermişdi. “Sevilya” klubunun müdafiəçisi Antonio Puerto komandasının oyunu zamanı yerə yıxılaraq, dünyasını dəyişmişdi.
Qeyd edək ki, İspaniyada ötən il də analoji hadisə baş vermişdi. “Sevilya” klubunun müdafiəçisi Antonio Puerto komandasının oyunu zamanı yerə yıxılaraq, dünyasını dəyişmişdi.
0
0