Dövlət Proqramı Təhsil Nazirliyini işə salıb
26.11.2008 - 12:49
“2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı” ilə bağlı növbəti hesabat hazırlanır. Bu haqda apasport.az saytına Azərbaycan Gənclər və İdman nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasıyev məlumat verib. Onun sözlərinə görə, tezliklə müvafiq qurumlara məktublar göndəriləcək.
“Hesabat AFFA, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının məlumatları əsasında hazırlanacaq. Bu qurumlar 2008-ci il ərzində Dövlət Proqramının müddəalarına uyğun olaraq, gördükləri işlər barədə gələn ayadək bizə məlumatlar göndərəcəklər. Biz isə 2009-cu ilin yanvarın 10-dək hesabatı hazırlayıb, Nazirlər Kabinetinə təqdim edəcəyik” - deyə Xasıyev vurğulayıb.
Dövlət Proqramı ilə bağlı işlərin qaydasında getdiyini bildirən sektor müdiri son vaxtlar Təhsil Nazirliyinin fəallaşdığını söyləyib: “Əvvəllər Təhsil Nazirliyi qeyri-fəal nəzərə çarpırdı. Amma axır zamanlar onlarda müsbətə doğru dəyişiklik var”.

0
0