“Qalatasaray” da “Metallist”lə bacarmadı
28.11.2008 - 02:30
“Qalatasaray” da “Metallist”lə bacarmadı
UEFA kubokunun qrup mərhələsində III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Türkiyənin yarışdakı yeganə təmsilçisi “Qalatasaray” “Ali Sami Yen” stadionunda sensasion məğlubiyyətə düçar olub. Əvvəlki iki turda maksimum nəticə göstərmiş “sarı-qırmızılılar” qitənin heç ortabab komandası belə sayılmayan “Metalist”ə (Ukrayna) uduzublar - 0:1.

Oyunda yeganə qolu 82-ci dəqiqədə Edmar vurub. Bununla da, “Qalatasaray” növbəti mərhələyə çıxmaq işini çətinləşdirib. Mixael Skibbenin yetirmələri 1/8 finala yüksəlmək üçün axırıncı turda səfərdə “Herta”dan xal almalıdırlar. Əks təqdirdə, türklər turnirlə erkən vidalaşacaqlar.

Qeyd edək ki, “Metalist” UEFA kubokunun cari mövsümündə İstanbulun digər təmsilçisi “Beşiktaş”a da ağır zərbə vurub. Ukrayna klubu “qara qartallar”ın qrup mərhələsinə gedən yolunu kəsib - 0:1; 4:1.

A qrupu

“Şalke” - “Mançester Siti” - 0:2

Bencani, 32; İreland, 67.

PSJ - “Rasinq” - 2:2
Kejman, 5; Luindula, 33 - Traore, 40; Kolsa, 55.

1. “Mançester Siti” 6 xal, 2. “Şalke” 4, 3. “Tvente” 3, 4. “Rasinq” 2, 5.PSJ 1

B qrupu

“Qalatasaray” - “Metalist” - 0:1

Edmar, 82.

“Olimpiakos” - “Benfika” - 5:1
Qalletti, 2; Patsatoğlu, 9; Dioqo, 25; 53; Bulluçi, 45 - David Luis, 34.

1.“Qalatasaray” 6, 2.“Metalist” 4, 3.“Olimpiakos” 3, 4.“Herta” 2 5.“Benfika” 1

C qrupu

“Partizan” - “Standard” - 0:1

De Kamarqo, 37.

“Sampdoriya” - “Ştutqart” - 1:1
Sammarko, 39 - Marika, 8.

1. “Standard” 6, 2. “Sampdoriya” 4, 3. “Ştutqart” 4, 4. “Sevilya” 3, 5. “Partizan” 0

D qrupu

NEK - “Tottenhem” - 0:1

O’Hara, 14.

“Dinamo” (Zaqreb) - “Spartak” (Moskva) - 0:1
Saenko, 75.

1.“Tottenhem” 6, 2.“Udineze” 6, 3.“Spartak” 3, 4.“Dinamo” 3, 5.NEK” 0

E qrupu

“Portsmut” - “Milan” - 2:2

Kabul, 63; Kanu, 74 - Ronaldinyo, 86; İnzagi, 90+2.

“Braqa” - “Volfsburq” – 2:3
Meyonq, 6; 49 - Ceko, 24; Misimoviç, 83 (pen.); 90+4.

1.“Milan” 7, 2.“Volfsburq” 6, 3.“Braqa” 3, 4.“Portsmut” 1, 5.“Herenven” 0

F qrupu

“Hamburq” - “Ayaks” - 0:1

Santyaqo, 78.

“Jilina” - “Slaviya” - 0:0

1.“Aston Villa” 6, 2.“Ayaks” 6, 3.“Hamburq” 3, 4.“Slaviya” 1, 5.“Jilina” 1

G qrupu

“Brügge” - “Sent Etyen” - 1:1

Varqas, 49 - Alkaras, 43.

“Rusenborq” - “Valensiya” - 0:4
Moryentes, 22; Pablo, 77; Baraha, 88; Xoakin, 90.

1.“Sent Etyen” 7, 2.“Valensiya” 4, 3.“Brügge” 2, 4.“Kopenhagen” 1, 5.“Rusenborq” 1

H qrupu

MOİK - “Lex” - 2:1

Caqoyev, 31; Jirkov, 45 - Stiliç, 66.

“Deportivo” - “Feyenord” - 3:0
Lopo, 30; Lusis, 50 (avtoqol); Quardado, 52.

1.MOİK 9, 2.“Nansi” 4, 3.“Deportivo” 3, 4.“Lex” 1, 5.“Feyenord” 0
0