AFFA-nın baş katibi almanlara uğur gətirdi
28.11.2008 - 01:49
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün özünü yeni vəzifədə sınayıb. Apasport.az saytının məlumatına görə, assosiasiya rəsmisi UEFA kubokunun qrup mərhələsinin III turu çərçivəsində gerçəkləşən “Sampdoriya” (İtaliya) - “Ştutqart” (Almaniya) matçında UEFA nümayəndəsi funksiyasını yerinə yetirib.
Məmmədov İtaliyanın Cenoa şəhərinin “Luici Ferraris” stadionunda keçirilən oyunun təşkilati, eləcə də təhlükəsizlik məsələlərinə cavabdehlik daşıyıb. İnsidentsiz ötüşən görüş 1:1 hesabı ilə nəticələnib. Necə deyərlər, baş katibin ayağı almaniyalılara düşərli olub. Hətta hesabı 8-ci dəqiqədə Marikanın qolu sayəsində “Ştutqart” açıb. Lakin fasiləyə 6 dəqiqə qalmış Sammarko tarazlığı bərpa edib. Hər halda, Almaniya klubu səfərdə 1 xal qazanıb.

- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0