“Fənərbaxça” yeni qapıçı ilə anlaşdı
28.11.2008 - 14:13
“Fənərbaxça” yeni qapıçı ilə anlaşdı
“Fənərbaxça” ciddi səhvləri ilə komandanı çətin duruma salan qapıçı Volkan Dəmirələ əvəz tapıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi “İstanbul Böyükşəhər Bələdiyyəsi” klubunun qapıçısı Kənan Hasaqiçlə anlaşıb.

Bosniyalı legioner böyük ehtimalla dövrələrarası fasilə dönəmində “Fənərbaxça”ya keçəcək. Uzun müddətdir İstanbul klubunda çıxış edən Hasaqiç bir ay sonra Türkiyə vətəndaşı olacaq.
0