Azərbaycana gələn legioner dini ayrı-seçkilikdən gileylənir
28.11.2008 - 15:03
Azərbaycana gələn legioner dini ayrı-seçkilikdən gileylənir
Ağdamın “Qarabağ” klubunun makedoniyalı müdafiəçisi Zəkəriyyə Ramazani dini ayrı-seçkilikdən gileylənir. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu son 5 ildə yığmaya çağırılmamağını oyunu ilə əlaqələndirmir. Milliyyətcə alban olan Zəkəriyyə fikrini belə izah edib: “Makedoniyalılar xristian, biz albanlar isə müsəlmanıq. Onlar yığma komandaya ikidən çox müsəlman götürmürlər. Məsələn, hazırda mənimlə “Qarabağ”da birgə çıxış edən Artim Şakiri də Makedoniyada yaşayan albanlardandır. O, yığmada daha çox çıxış edib. Lakin çoxsaylı müsəlman futbolçunun millidə iştirakına icazə verməzlər. Bizim üçün Makedoniya yığmasında çıxış etməkdə problem yoxdur. Nə vaxt çağırsalar gedərik. Amma özləri bu məsələyə başqa aspektdən yanaşırlar”.

Qeyd edək ki, cari mövsümdən ölkəmizdə çıxış edən Ramazani “Qarabağ”ın heyətində kuboku da nəzərə alsaq, 9 oyun (776 dəqiqə) keçirib.

Mənbə: Lent.az
0