Yığmamızın məşqçiləri İtaliyaya yollanırlar
28.11.2008 - 16:28
Yığmamızın məşqçiləri İtaliyaya yollanırlar
Azərbaycanın 7 məşqçisi İtaliyaya səfərə hazırlaşır. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, müxtəlif yaş qruplarından ibarət yığma komandalarımızın məşqçiləri - Yaşar Vahabzadə, Əfqan Talıbov, Mirbağır İsayev, Baba Əsgərov, Camaləddin Əliyev, Etibar Tanrıverdiyev və Ramiz Əhmədov dekabrın 1-dən 4-dək Koverçiano şəhərində keçiriləcək seminarda iştirak edəcək. Seminar UEFA-nın təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, Əliyev, Tanrıverdiyev və Əsgərov qapıçılarla işləyən məşqçilərdir.
0