Hakimə 700 dollar rüşvət verən klub rəsmisi kimdir?
28.11.2008 - 18:50
Hakimə 700 dollar rüşvət verən klub rəsmisi kimdir?
Hakimə 700 dollar təklif edən klub rəsmisi bir il müddətinə futboldan kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Belarus Futbol Federasiyası 6 ay davam edən araşdırmalardan sonra “Baranoviçi”nin baş direktoru İqor Astapçik haqda belə qərar çıxarıb. Mayın 17-də birinci dəstənin “Spartak”la matçın hakimi Andrey Sorokaya komandasının qələbəsi üçün 700 dollar verəcəyini bildirən klub rəsmisi barədə sənədlər prokurorluğa da təqdim olunub. Federasiyanı vaxtında məlumatlandırmayan baş hakim də cəzasız qalmayıb. Belə ki, Sorokanın özünü də cəzalandırıblar. Hərçənd, ona pul təklif olunan kimi matçın hakim-inspektorunu məlumatlandıran Soroka qarşılaşmadan sonra federasiyaya da müraciət etmişdi. Buna səbəb hakim-inspektor Kzimir Znaydinsinin faktı ört-basdır etməsi olub. Federasiyanı dərhal məlumatlandırmalı olan hakim-inspektor nəinki bunu etməyib, heç oyunun raportuna da qeyd etməyib. Bu səbəbdən Znaydinski hələ iki ay əvvəl ömürlük futboldan uzaqlaşdırılmışdı.
0