Arda Turan Azərbaycana gəlir
28.11.2008 - 19:27
Arda Turan Azərbaycana gəlir
“İndiyədək Azərbaycanda olmamışam. Ölkənizin türkdilli dövlət olduğunu bilirəm. Ona görə də gəlməyi düşünürəm. İnşallah, yay tətilində vaxtilə məşqçilərim olan Halim Fıçıcı ilə Ali Yavaşın yanına gəlməyi planlaşdırıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının və “Qalatasaray” klubunun yarımmüdafiəçisi Arda Turan deyib.
Az öncə səhhətində problem yaranan Arda bildirib ki, hazırda hər şey qaydasındadır. Ölkəmizdə top qovan futbolçulardan Suat Usta və Ali Cansunla tez-tez əlaqə saxladığını vurğulayan Turan Azərbaycanda yalnız “Qəbələ” klubunu tanıdığını bildirib.

Mənbə: qol.az
0