Canaydın alman mütəxəssisə qarşı çıxdı
29.11.2008 - 11:57
Canaydın alman mütəxəssisə qarşı çıxdı
“Qalatasaray”ın sabiq prezidenti Özhan Canaydın Karl-Haynts Feldkampın müşavir postuna gətirilməsinə qarşı çıxıb. Apasport.az saytının məlumatına görə, Canaydın bu təyinatın komandaya ziyan vuracağını deyib.

“Prezident olduğum dönəmdə də Adnan Polad Feldkampı komandaya dəvət etdi. Mən buna qarışmadım. Sonra Polad klub prezidenti seçildi. Amma təcrübəli mütəxəssis çempionatın sonuna 6 oyun qalmış Almaniyaya yollanmaqla Poladı ağır şəkildə cəzalandırdı. Onun yenidən dönməsi “Qalatasaray”ı uğurlardan uzaq tutacaq” - deyə Canaydın bildirib.

Sabiq prezident futbolçuların da Feldkampı sevmədiyini və bu təyinata qarşı çıxdıqlarını vurğulayıb.