UEFA azərbaycanlı futbolçunu cəzalandıra bilər
29.11.2008 - 12:39
UEFA azərbaycanlı futbolçunu cəzalandıra bilər
Sabiq FİFA referisi Lyuboş Mixel Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Aleksandr Əliyevin məlum davranışına haqq qazandırmayıb. Apasport.az saytının məlumatına görə, Mixel əslən azərbaycanlı olan futbolçunun “Arsenal”la görüşün hakimini “keçi” adlandırmasının cavabsız qalmayacağını bildirib.

“Şükür Allaha, mənə indiyədək belə söz deməyiblər. Hazırkı məqamda futbolçu hakimə qarşı hörmətsizlik edib. UEFA-nın hansı cəzanı çıxaracağını deməkdə çətinlik çəkirəm. Fikrimcə, maksimal cəza pul cəriməsi ola bilər” – hazırda Ukraynanın digər iddialı klubu “Şaxtyor”da çalışan Mixel belə deyib.

Qeyd edək ki, “Arsenal”la Çempionlar Liqasının səfər matçında hakimi itələdiyinə görə qırmızı vərəqə alan Əliyev komandasının minimal hesablı məğlubiyyətində günahkar sayılıb.
0