“Qızıl top” mənasız mükafatdır”
29.11.2008 - 13:43
“Qızıl top” mənasız mükafatdır”
İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Esteban Kambiasso “Qızıl top”u ciddi mükafat saymır. Apasport.az saytının məlumatına görə, argentinalı legioner fikrini bu mükafatın heç də həmişə ən güclü futbolçulara verilmədiyi ilə izah edib.

“Bu mənasız bir mükafatdır. Bir qədər dərindən fikirləşsəniz, siz də mənimlə razılaşarsınız. Raul və Maldini kimi futbolçular “Qızıl top”a layiq görülməyibsə...” - deyə Kambiasso bildirib.
0