“Real”ın büdcəsi 400 milyon avroya çatdı
29.11.2008 - 14:43
“Real”ın büdcəsi 400 milyon avroya çatdı
“Real” klubunun rəhbərliyi 2008/09 mövsümünün büdcəsini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu, klub tarixinin ən yüksək büdcəsi olacaq.

Yanvarda Madrid təmsilçisinin 400 milyon avro dəyərində büdcəsi təsdiqlənəcək. Bu, ötən mövsümlə müqayisədə 9,4 % çoxdur. “Real”ın illik gəliri isə 17,6 % artımla 51,4 milyon avroya çatıb. Komandanın hazırkı borcunun 199 milyon avroya bərabər olması da, təsdiqlənib.
0