Şok: Azərbaycan futboluna hücum!
29.11.2008 - 15:12
Şok:  Azərbaycan futboluna hücum!
Bu gün Azərbaycan futbolunda sensasion hadisə baş verib. Apasport.az saytının məlumatına görə, futbol tariximizdə ilk dəfə olaraq, milli çempionatın oyunu bukmeyker kontorlarında canlı yayıma çıxarılıb.

Dünyanın ən nüfuzlu kontorlarından sayılan “Gamebookers” Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Qarabağ” - “Karvan” matçına canlı pul qoyuluşları təşkil edib. Totalizator oyununda iştirak edənlər bu görüşün gedişi zamanı istədikləri anda proqnoz vermək imkanına malik olublar.

“Gamebookers” kontoru Azərbaycan Premyer Liqasına bu ilin avqustundan pul qoyuluşları təşkil edir. İndiyədək ölkə çempionatına yalnız görüşün startınadək proqnoz vermək mümkün idi. Bu gün yenilik edən kontor Premyer Liqa matçını onlayn rejimdə yayımlayıb.

Qeyd edək ki, Azərbaycanda totalizator oyunları qanunsuz sayılır. Bukmeyker kontorlarının milli çempionata müdaxiləsi isə arzuolunmaz hal kimi qiymətləndirilir. Çünki belə vəziyyətdə danışılmış qarşılaşmaların ehtimalı daha da çoxalır.
0