“Qarabağ” - “Karvan” matçında qalmaqal
29.11.2008 - 15:22
“Qarabağ” - “Karvan” matçında qalmaqal
“Qarabağ” – “Karvan” matçının birinci hissəsi başa çatandan sonra qonaq komandanın futbolçusu Kamal Quliyevlə ağdamlı azarkeşər arasında insident yaranıb. Apasport.az saytının məlumatına görə, futbolçular soyunub-geyinmə otağına gedərkən azarkeşlərdən biri Quliyevin ünvanına təhqiramiz ifadə işlədib. Bundan sonra futbolçu azarkeşin üstünə hucum edib. Yalnız klub rəhbərlərinin və məşqçilərinin müdaxiləsindən sonra insident yatırılıb.

Mənbə: qol.az
0