Ramiz Məmmədov: “Turan” istənilən rəqibdən xal almağa qadirdir
29.11.2008 - 16:37
Ramiz Məmmədov: “Turan” istənilən rəqibdən xal almağa qadirdir
“Oyundan razı qaldım, nəticədən yox”. Bunu “Turan” – “Qəbələ” oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ramiz Məmmədov söyləyib. Apasport.az saytının məlumatına görə, Məmmədov komandasının oyun boyu kifayət qədər qol imkanı yaratdığını, amma bunlardan istifadə edə bilmədiklərini söyləyib: “Turan” istənilən rəqibdən xal almağa qadirdir”.
Oyunçularından razı qaldığını söyləyən Məmmədov futbolçuların üzərlərinə düşən vəzifəni yerinə yetirdiklərini söyləyib: “Amma heyf ki, qol vura bilmədik”.
Mənbə: qol.az
0