“Turan”ın baş məşqçisi: Bir xal da pis deyil
29.11.2008 - 16:40
“Turan”ın baş məşqçisi: Bir xal da pis deyil
Tovuzun “Turan” klubunun baş məşqçi köməkçisi Etimad Qurbanov “Qəbələ”yə qarşı keçirilən oyundan və nəticədən razı qaldıqlarını söyləyib. Apasport.az saytının məlumatına görə, bu gün matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov bildirib ki, “Turan”ın futbolçuları əzmkar oyun nümayiş etdiriblər, rəqibə layiqli müqavimət göstəriblər: “Bir-iki epizodda qol vura bilərdik. Amma sırf hücumçu buraxmamışdıq deyə, real imkandan istifadə edə bilmədik. Bununla belə bir xal da pis deyil”.
Mənbə: qol.az

0