“Bakı” birinci pillədə - YENİLƏNİB
29.11.2008 - 20:17
“Bakı” birinci pillədə - YENİLƏNİB
Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk gününün nəticələrinə əsasən, çempionatın lideri dəyişib. Salyanda “Muğan”ı darmadağın edən “Bakı” zirvəyə yüksəlib.

“Qarabağ” öz meydanında “Karvan”a çətinliklə qalib gəlib. Qurban Qurbanovun yetirmələri birinci hissədə iki top fərqi ilə önə çıxsa da, Yevlax təmsilçisi hesabı bərabərləşdirib. Final fitinə 5 dəqiqə qalmış Zaur Ramazanovun dəqiq baş zərbəsi “Qarabağ”a qələbə gətirib.

“Standard” autsayder MOİK-i minimal hesabla məğlub edib. “Turan” və “Qələbə” komandalarının görüşündə isə qapılar toxunulmaz qalıb. Nəhayət, günün son matçında “Simurq” və “Xəzər-Lənkəran” “sülh” bağlayıb.

Sabah XIII turun, həmçinin birinci dövrənin son 2 qarşılaşması - “Neftçi” - “Olimpik” və “İnter” - “Bakılı” oyunları keçirləcək.

“Qarabağ” - “Karvan” - 3:2
Cavadov, 31; 43; Ramazanov, 85 - Nadirov, 61; Mesxi, 75.

“Simurq” - “Xəzər-Lənkəran” - 2:2
David Bolkvadze, 31; Artyux 61 - Svetkov, 43; Emin Quliyev, 90.

“Muğan” - “Bakı” - 0:4
Naçevski, 43, Sultanov, 65; 90; Savinov, 78.

MOİK - “Standard” - 1:2
Eldəniz Məmmədov, 90 - Pisla, 22; 72.

“Turan” - “Qəbələ” - 0:0

komandalar

o

q

h

m

t

x

1

Bakı

13

9

2

2

31-6

29

2

İnter

12

8

4

0

24-8

28

3

Simurq

12

8

3

1

16-6

27

4

Karvan

13

8

1

4

19-11

25

5

Xəzər-Lənkəran

12

8

1

3

22-10

25

6

Qarabağ

13

7

3

3

19-15

24

7

Olimpik

12

6

4

2

15-9

22

8

Standard

13

6

2

5

12-13

20

9

Neftçi

12

3

4

5

10-9

13

10

Qəbələ

13

3

4

7

13-14

12

11

Bakılı

12

1

3

8

9-28

6

12

Muğan

13

1

2

10

9-24

5

13

MOİK

13

1

2

10

6-26

5

14

Turan

13

0

4

9

3-29

4


0