Yunis Hüseynov: Niyazov bizim oyunlara hakimlik edəndə uduzuruq
29.11.2008 - 16:49
Yunis Hüseynov: Niyazov bizim oyunlara hakimlik edəndə uduzuruq
«Karvan»ın baş məşqçisi Yunis Hüseynov «Qarabağ»la oyundan sonra komandasını məğlubiyyətini oyunu baş hakimi Anar Niyazovda gördüynü söyləyib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Yunis Hüseynov bildirib ki, hələ oyundan əvvəl Anar Niyazovun oyunun bu matça təyin almamasıyla bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə xahiş etmişdi: «Simurq»la oyundan əvvəl də, bugünkü qarşılaşmadan öncə də Musayevə Niyazovdan narazılığımı bildirmişdim. Çünki Niyazov bizim oyunlara hakimlik edəndə uduzuruq. Mənim bu hakimə inamım qalmayıb. Bu gün də o bizim əleyhimizə qərarlar verdi. Oyunun videoyazısına baxsanız, siz də buna əmin olarsınız».

Hüseynov iddia edib ki, «Karvan»ın qapısını üçüncü qolun vurulmasında rol oynayan cərimə zərbəsi əslində yox imiş: «Amma hakim cərimə zərbəsini təyin etdi və bu, qolla nəticələndi».

mənbə: qol.az
0