“İnter” “qış çempionu” oldu
30.11.2008 - 16:50
“İnter” “qış çempionu” oldu
Bakının “İnter” klubu XVII Azərbaycan Premyer Liqasının birinci dövrəsini zirvədə başa vurub. Apasport.az saytının məlumatına görə, Valentin Xodukinin rəhbərlik etdiyi kollektiv qış fasiləsinə çempion qismində yollanıb.

Bu gün ilk dövrənin son turu çərçivəsində keçirilən qarşılaşmalarda “İnter” asanlıqla “Bakılı”nı məğlub edib. Tarixinin ən çətin dövrünü yaşayan “Neftçi” isə daha bir ağır zərbə alıb. Flaqman “Olimpik”ə uduzaraq, birinci dövrəni 9-cu pillədə bitirib.

Premyer Liqanın ikinci dövrəsi 2009-cu il fevralın 14-də start götürəcək.


XIII tur, 30 noyabr
“İnter” - “Bakılı” - 4:0
Auqusto, 4; İsmayılov, 36; Valter Quqlemon, 41; Elvin Məmmədov, 58.

“Neftçi” - “Olimpik” - 1:2
Baxşiyev, 6 – Qomeş, 13; Qetsadze, 90+1.

29 noyabr
“Qarabağ” - “Karvan” - 3:2
Cavadov, 31; 43; Ramazanov, 85 - Nadirov, 61; Mesxi, 75.

“Simurq” - “Xəzər-Lənkəran” - 2:2
David Bolkvadze, 31; Artyux 61 - Svetkov, 43; Emin Quliyev, 90.

“Muğan” - “Bakı” - 0:4
Naçevski, 43, Sultanov, 65; 90; Savinov, 78.

MOİK - “Standard” - 1:2
Eldəniz Məmmədov, 90 - Pisla, 22; 72.

“Turan” - “Qəbələ” - 0:0

1.“İnter” 31 xal, 2.“Bakı” 29, 3.“Smiurq” 28, 4.“Xəzər-Lənkəran” 26, 5.“Olimpik” 25, 6.“Karvan” 25, 7.“Qarabağ” 24, 8.“Standard” 20, 9.“Neftçi” 13, 10.“Qəbələ” 12, 11.“Bakılı” 6, 12.“Muğan” 5, 13.MOİK 5, 14.“Turan” 4.

Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) - 10 qol; Amiran Mucuri (“Bakı”) - 9 qol.
0