“Olimpik” qalib gəldi, baş məşqçi şikayətləndi
30.11.2008 - 17:33
“Olimpik” qalib gəldi, baş məşqçi şikayətləndi
“Açığı, ikinci hissədə komandamın oyunundan razı qalmadım. Çətin rəqiblər görüşdə 3 xal qazanmağımıza bəxt amili təsir göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” üzərində 2:1 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında “Olimpik”in baş məşqçisi Əsgər Abdullayev deyib.

Təcrübəli çalışdırıcı bəzi futbolçuların zəif təsir bağışladığını gizlətməyib: “Bir neçə oyunçumuz potensialından aşağı çıxış etdi. Dövrələrarası fasilədə belə futbolçular komandadan uzaqlaşdırılacaqlar. İndi konkret ad açıqlamaq istəmirəm”.

Qeyd edək ki, qələbə sayəsində “Olimpik” 5-ci pilləyə yüksəlib.
0