Ponomaryov “Xəzər-Lənkəran”ın maraq dairəsində
01.12.2008 - 11:25
Ponomaryov “Xəzər-Lənkəran”ın maraq dairəsində
“Xəzər-Lənkəran”ın boş qalmış baş məşqçi postuna namizədlərin ikisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İqor Ponomaryov və gürcüstanlı Koba Jorjikaşvili Lənkəran klubunun maraq dairəsinə düşüb.

Cənublular Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryovla danışıqlara başlamaq niyyətindədirlər. Son iş yeri Rusiyanın “Maşuk-KMV” komandası olan 48 yaşlı çalışdırıcı 2007-ci ilin mayından işsizdir. İsveçdə yaşayan və bu ölkənin aşağı dəstə təmsilçilərindən təklif alan Ponomaryovun “Xəzər-Lənkəran”ın maraq dairəsində olması təsadüfi deyil. Belə ki, yerli mütəxəssislər arasında ən çox beynəlxalq təcrübəyə məhz o malikdir.

“Xəzər-Lənkəran” gürcüstanlı Koba Jorjikaşvili ilə də maraqlanır. 2003-cü ildə “Tbilisi”nin baş məşqçisi olan Jorjikaşvili son illər yığma komandalara rəhbərlik edib. O, paytaxt təmsilçisində çalışdığı vaxta qədər də, sonra da Gürcüstanın 17 yaşlılardan ibarət milli komandasının baş məşqçilik edib. Jorjikaşvili 2007-ci il Avropa çempionatının seçmə mərhələsində U-21-i çalışdırıb.
0