“Neftçi”də polşalı qapıçı
01.12.2008 - 11:47
“Neftçi”də polşalı qapıçı
“Neftçi” klubu baxışa daha iki futbolçu çağırıb. Apasport.az saytının məlumatına görə, qapıçı axtarışında olan flaqman polşalı Tomas Bobbelə dəvət göndərib. Tomas son illərdə Almaniyanın aşağı liqa klublarında oynayıb.

Paytaxt komandasının düşərgəsinə gələn digər futbolçu isə irlandiyalı hücumçu Eamon Zayeddir. 24 yaşlı oyunçu İrlandiyanın son çempionu “Droheda”nın şərəfini qoruyub. O, həmçinin İngiltərənin “Lester” klubunda da forma geyinib.

“Neftçi” bunadək “Droheda”dan dörd futbolçu cəlb etsə də, onlar sonradan geri qaytarılmışdılar. Üstəlik, flaqmanın məşqçiləri Macarıstanın “Haladaş” klubunun hücumçusu Peter Andorkanı da bəyənməyiblər.

Qeyd edək ki, indiyədək milli çempionatlarımızda Polşadan heç bir futbolçu oynamayıb.
0