Şahin Diniyevin rəhbəri evində şir və pələng saxlayır
25.12.2008 - 15:20
Şahin Diniyevin rəhbəri evində şir və pələng saxlayır
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin yeni ildən çalışacağı Rusiyanın “Terek” klubunun prezidenti Ramzan Kadırovun maraqlı məşğuliyyəti var. Apasport.az saytının məlumatına görə, bu şəxs evində şir və pələng saxlayır. Bu mənada bir çoxlarından fərqlənən Kadırov vəhşi heyvanları təhlükəsizlik məqsədilə saxlanılan itdən üstün tutur. Ancaq “Terek”in futbolçularının uduzduqları oyundan sonra şir və pələngə yem olması ilə bağlı qorxu yoxdur. Belə ki, qəfəsdə saxlanılan vəhşi heyvanlar ciddi nəzarət altındadır.
Qeyd edək ki, Diniyev yanvarın 1-də “Terek”in düşərgəsinə yollanaraq, əvəzedicilərdən ibarət komandanın baş məşqçisi kimi işinə başlayacaq.
0