“Jurnalistlərə açıqlama verməkdən zəhləm gedir”
25.12.2008 - 15:35
“Jurnalistlərə açıqlama verməkdən zəhləm gedir”
“İnter” klubunun baş məşqçisi Joze Maurinyonun italiyalı jurnalistlərə açıqlama verməkdən zəhləsi gedir. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssisin bu sözləri şok effekti verib.

“Buradakı karyeramın əvvəlində üzərimdə təzyiq hissi edirdim. Jurnalistlərlə aramızda fikir ayrılığı vardı. Onların suallarına cavab verməkdən xoşum gəlmirdi. Amma özümü yorğun hiss etsəm də, işimi görməli idim” – deyə Mourinyo bildirib.

Mourinyo italiyalı jurnalistlərlə sadəcə, məcburiyyətdən ünsiyyət qurduğunu etiraf edib: “Hər oyundan sonra bir saat onlara vaxt ayırmağa məcburam. Doğurdan da, bu ünsiyyətdən nifrət edirəm. Bu prosesdən heç vaxt ləzzət almayacağam”.
0