Aftandil Hacıyev: Nəticə yoxdursa...
25.12.2008 - 17:29
Aftandil Hacıyev: Nəticə yoxdursa...
“2008-ci il şəxsi planda mənim üçün normal keçdi. Düzdür, arada zədələndim. Lakin şükürlər olsun ki, sonradan zədələr sağaldı və ili yaxşı başa vura bildim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Aftandil Hacıyev deyib.

Klubun rəsmi internet saytına açıqlama verən 27 yaşlı müdafiəçi 2008-ci ilin komandası üçün necə keçdiyinə qiymət verib: “Ən önəmlisi isə odur ki, “Qarabağ” da ili yaxşı bitirdi. Ötən mövsümü 5-ci yerdə bitirdik. Düzdü, titul qazana bilmədik. Nəticə yoxdursa, başqa bir şeyi qəbul edə bilmərik. Amma artıq yüksəlişə keçmişik. Qarşıdan gələn 2009-cu ildə mütləq titul qazanacağıq. Azarkeşlərimizə söz verirəm ki, qarşıdan gələn il “Qarabağ” avrokuboklarda çıxış edəcək. Bunun üçün yetərli potensialımız var. Qarşıdan gələn ili son oyunlardakı kimi başlasaq, bizi saxlamaq mümkün olmayacaq”.
0