Baş məşqçilər AFFA-ya hesabat verdi
25.12.2008 - 18:32
Baş məşqçilər AFFA-ya hesabat verdi
AFFA rəhbərliyi milli komandaların məşqçiləri ilə görüş keçirib. Apasport.az saytının məlumatına görə, baş katib Elxan Məmmədovun bütün yaş qruplarından ibarət yığmaların məşqçi heyəti və seleksiyaçıları ilə görüşü qurumun inzibati binasında keçirilib. Aşağı yaş qruplarından ibarət yığma komandaların texniki direktoru Bernard Lippertin iştirak etdiyi tədbirdə məşqçilər il ərzində gördükləri iş barədə məlumat verib, gələcək fəaliyyət planlarını açıqlayıblar. Məşqçilərin hesabatları başa çatdıqdan sonra baş katib çıxış edərək yığma komandalarda işin daha yüksək səviyyədə qurulması üçün tövsiyələrini söyləyib və mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
0