Qələbəyə sevinən 3 azarkeş öldü, 60-ı yaralandı
25.12.2008 - 22:17
Qələbəyə sevinən 3 azarkeş öldü, 60-ı yaralandı
Vyetnam futbol yığmasının “Suzuki” kuboku uğrunda yarışın final mərhələsinin ilk matçında səfərdə Tailandı üstələməsi faciə ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, komandalarının 2:1 hesablı qələbəsini qeyd etmək üçün paytaxt Hanoyun küçələrinə axışan azarkeşlərdən üçü dünyasını dəyişib.

Avtomobillərlə şəhərdə yürüş edən daha 60 fanat müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yerli polisin məlumatına görə, faciəyə avtomobillərin sıxlığı ucbatından yaranan qəzalar səbəb olub.

Qeyd edək ki, yarışın qalibi olmaq şansı artan Vyetnam yığması rəqibini dekabrın 28-də Hanoyda qəbul edəcək.
0